1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Florensiyada Bakının müasir memarlığına həsr olunan sərgi
24.12.2016/№50

 

 


Bu günlərdə İtaliyanın Florensiya şəhərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin və İtaliyanın Romualdo Del Bianko Fondunun təşkilatçılığı ilə “Auditorium al Duomo” salonunda sərgi və mühazirə keçirilib. Fondun prezidenti Pauolo Del Biankonun dəvəti ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova da sərgidə iştirak edib.
Sərgidə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə, səfirliyin əməkdaşları, İtaliya Texniki Universitetinin müəllim və tələbələri, İtaliyanın mədəniyyət və incəsənət xadimləri, elmi dairələrinin və yerli hakimiyyət orqanlarının nümayəndələri, memarlar iştirak ediblər.
Romualdo Del Bianko Fondunun prezidenti Pauolo Del Bianko fond tərəfindən həyata keçirilən tədbirlər arasında Azərbaycan memarlığına həsr edilmiş tədbirlərin xüsusi yer tutduğunu bildirib. Fondun prezidenti Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Fond arasında əməkdaşlığın 13 ildən artıq davam etdiyini, bu əlaqələrin təməlinin məhz Florensiyanın “Auditorium al Duomo” Mərkəzində qoyulduğunu diqqətə çatdırıb. Pauolo Del Bianko bu sərginin Azərbaycan memarlıq irsinin İtaliya ictimaiyyətinə nümayiş etdirilməsində bir vasitə olduğunu söyləyib.
Səfir Məmməd Əhmədzadə çıxış edərək ölk
əmizin zəngin mədəniyyəti, tarixi ənənələri, multikulturalizm modeli, sosial-iqtisadi inkişafı, həyata keçirilən önəmli iqtisadi, infrastruktur və memarlıq layihələri, o cümlədən mədəni irsin qorunması sahəsində əldə edilmiş uğurlar haqqında məlumat verib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi universitetlə Romualdo Del Bianko Fondu arasında əməkdaşlığın tarixindən danışıb.
AzMİU-nun memarlıq fakültəsinin müəllimi Fərid Əliyev Bakının müasir memarlıq nümunələri haqqında geniş təqdimatla çıxış edib.
Sərgiyə gələnlər nümayiş olunan memarlıq nümunələrinə xüsusi maraq göstərib, Azərbaycanın müasir memarlığına heyranlıqlarını gizlədə bilməyiblər.
 

yuxarı ⤴