1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



Tələbə Elmi Cəmiyyətinin hesabat-seçki konfransı keçirilib
24.12.2016/№50

 

 


Dekabrın 22-də Sumqayıt Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin (TEC) hesabat-seçki konfransı keçirilib. Konfransı universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov açaraq ali təhsil ocağının hərtərəfli inkişafından, TEC-in fəaliyyətindən, əhəmiyyətindən danışıb. Bildirib ki, tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasını, elmi axtarışların aparılmasını və əlaqələndirilməsini Tələbə Elmi Cəmiyyəti layiqincə yerinə yetirir. Bu da tələbələrin elmi potensialını, yaradıcılığını üzə çıxarmaq və onlarda elmə maraq oyatmaq üçün stimuldur. Bu gün Azərbaycan Respublikası özünün yüksək inkişaf mərhələsini yaşayır, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər qazanılır. Ulu öndər Heydər Əliyevin başladığı islahatları uğurla həyata keçirən Prezident İlham Əliyev tərəfindən təhsilin inkişafı diqqət mərkəzində saxlanılır.
Prorektor SDU-nun dünyanın bir çox universitetləri ilə əməkdaşlıq etdiyini, bir sıra beynəlxalq assosiasiyaların üzvü olduğunu, birgə layihələrin, tələbə-müəllim mübadiləsinin həyata keçirildiyini, konfrans və işçi görüşlərin təşkil edildiyini bildirib. Professor Ramazan Məmmədov çıxışının sonunda bütün tələbələrə uğurlar arzulayaraq yeni seçiləcək heyətə xoş arzularını çatdırıb.
Sonra TEC-in Şura sədri Zəmilə Abdullayeva illik hesabat barədə məlumat verib. Universitet üzrə TEC-in rəhbəri, dosent İslam Paşayev cəmiyyətin fəaliyyətindən, istedadlı gənclərin üzə çıxarılması istiqamətində görülən işlərdən söz açıb. Konfrans işini TEC-in Şura üzvlərinin seçkisi ilə yekunlaşdırıb.

Mətbuat xidməti
 

yuxarı ⤴