1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 14.06.2017

// 14.06.2017




 

 
Akademiklə görüş
24.12.2016/№50

 

 


Bakıdakı 85 nömrəli tam orta məktəbdə AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasovla müəllim və şagird kollektivinin görüşü keçirilib. Uşaqların cəmiyyətə daha fəal inteqrasiyası, onların asudə vaxtının səmərəli təşkili, bədii qiraətə maraqlarının, dünyagörüşlərinin artırılması, sağlam həyat tərzinin formalaşması məqsədilə keçirilən görüşdə aparıcılar kimyaçı alim, ürəyəyatan şeirləri ilə sevilən Vaqif Abbasovun ömür yoluna nəzər salıblar.
Görüşdə şagirdlərin milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyindən söhbət açılıb. Akademik Vaqif Abbasov özünün müəllifi və həmmüəllifi olduğu çoxsaylı kitablarını məktəbin kitabxanasına hədiyyə edib. Şagirdlər qonağın vətənpərvərlik şeirlərindən ibarət kompozisiya ilə çıxış ediblər.
Sonda şagirdləri maraqlandıran sualları cavablandıran V.Abbasov uşaqlara həmişə valideynlərin, müəllimlərin hörmətini saxlamağı, Vətənini, xalqını, dövlətini sevən bir şəxsiyyət olmağı arzulayıb, dəvətə görə məktəbin direktoru Maqsud Əhmədova təşəkkürünü bildirib.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴