1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Liseydə müzakirə
24.12.2016/№50

 

 


Dekabrın 20-də “Zəngi” liseyində “110 kitab” layihəsi çərçivəsində 7-8-ci sinif şagirdlərinin iştirakı ilə fransız yazıçısı Andree Moruanın “Necə oldu ki, Pyer Duş məşhurlaşdı” əsərinin müzakirəsi keçirilib. Layihə şagirdlərdə mütaliə vərdişlərini formalaşdırmaq, dünya çapında öz yerini tutmuş xarici yazarların yaradıcılığı ilə onları tanış etmək, onların müstəqil mühakimə yürütmək və nitq qabiliyyətlərini inkişaf etdirmək missiyasını daşıyır.
Tədbiri giriş sözü ilə açan “Zəngi” liseyinin direktoru Bayram Heydərov “110 kitab” layihəsinin məktəbdə uğurla davam etdiyini və bunun şagirdlərin hərtərəfli inkişafında, onların şəxsiyyət kimi formalaşmasında önəmli rol oynadığını qeyd edib. Əsər şagirdlər tərəfindən səhnələşdirilib. Sonra əsərin müqayisəli müzakirə və təhlili aparılıb. Şagirdlərin təqdimatlarından tədbir iştirakçıları razılıq ediblər.
Təhsil Nazirliyinin böyük məsləhətçisi Hüseyn Mirzəyev, “Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru Şakir Cəfərov, məktəbin VMA-nın idarə heyətinin sədr müavini Leyli Cəfərova və başqaları tədbirlə bağlı fikirlərini bildiriblər.
Sonda şagirdlərə kitab hədiyyə olunub.

Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴