1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
“Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda məşğələ
24.12.2016/№50

 

 


Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin növbəti- 210-cu məşğələsi keçirilib. “Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna həsr olunmuş məşğələni universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq azərbaycançılıq və milli həmrəylik ideyalarının təşəkkül tarixindən, əhəmiyyətindən danışıb. Rektor ən böyük azərbaycanlı, ümummilli lider Heydər Əliyevin xalqımızın milli həmrəylik əldə etməsində, dünyada Azərbaycan diasporunun formalaşmasında və təşkilatlanmasında misilsiz xidmətlərinin olduğunu xüsusi vurğulayıb.
Universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Şamxal Məmmədov mövzu ilə bağlı məruzə edərək milli müstəqillik, milli həmrəylik uğrunda mübarizənin bünövrəsinin 1989-cu ildə Naxçıvandakı sərhəd hərəkatı ilə qoyulduğunu xatırladıb. Bildirilib ki, dahi şəxsiyyət Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı xüsusi qərar imzalayaraq bu ictimai-siyasi prosesi vaxtında və düzgün qiymətləndirib. Məruzədə daha sonra Heydər Əliyev milli siyasətinin bu gün də uğurla davam etdirilməsindən danışılıb, dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, ümummilli liderin buradakı proqram xarakterli tarixi çıxışı, qarşıya qoyduğu mühüm vəzifələr barədə məlumat verilib. Qeyd olunub ki, bu gün dünyanın dörd bir qitəsində yaşayan, fəaliyyət göstərən həmvətənlərimiz inkişaf etmiş, müstəqil, demokratik Azərbaycan dövlətinin qayğı və himayəsini daim öz üzərlərində hiss edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə yaradılan Diasporla İş üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun Azərbaycanın həqiqətlərinin, milli-mənəvi dəyərlərinin dünyada təbliği istiqamətində gördüyü işlər bunu bir daha təsdiq edir.
Sonda Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov məşğələyə yekun vuraraq kollektivi qarşıdan gələn əlamətdar bayram münasibətilə təbrik edib, tələbə gəncliyi öz milli mənsubiyyəti ilə daim qürur duyan, siyasi fəaliyyətini Azərbaycanın tərəqqisinə və təbliğinə həsr etmiş ümummilli liderin ideyaları ətrafında sıx birləşməyə çağırıb.

Mehriban SULTAN,
Mətbuat şöbəsinin müdiri
 

yuxarı ⤴