1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 20.01.2017

// 20.01.2017



Kitab bilik mənbəyi olmaqla yanaşı, mədəniyyət daşıyıcısıdır
24.12.2016/№50

 

 


“Naxçıvan” Universitetinin konfrans zalında “Kitabxana, oxucu və mütaliə” mövzusunda elmi konfrans keçirilib. Tədbir iştirakçıları öncə “Kitabxanalar dünən və bu gün” adlı vidoçarxa baxıblar.
Tədbiri ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq bu cür tədbirlərin keçirilməsinin kitabsevərlər, oxucular və geniş ictimaiyyət üçün çox əhəmiyyətli bir iş olduğunu vurğulayıb.
Konfransda tərbiyə işləri üzrə prorektor Əli Yusifov “Kitabxanaların ictimai həyatda rolu” adlı çıxışında bildirib ki, kitab, mütaliə insanı mənən zənginləşdirir, onu şəxsiyyət kimi formalaşdırır. Kitab bilik mənbəyi olmaqla yanaşı, mədəniyyət daşıyıcısıdır. Buna görə də inkişaf etmiş xalqlar kitaba xüsusi önəm verir, onun yazarına, nəşrinə və təbliğinə qayğı ilə yanaşırlar. Məruzəçi kitabxanalara göstərilən qayğıdan bəhs edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 aprel 2012-ci il tarixli Sərəncamı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi, burada elektron kitabxananın fəaliyyətə başlaması belə mədəniyyət müəssisələrinə hərtərəfli qayğının ifadəsidir. Qeyd olunub ki, hazırda muxtar respublikamızda 2 muxtar respublika tabeli kitabxana, 8 Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onların tabeliyində 224 filial-kitabxana fəaliyyət göstərir. Son illər muxtar respublikanın rayon mərkəzlərində və 100-dən çox kənddə kitabxanalar üçün müasir şərait yaradılıb. 2005-ci ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, latın qrafikası ilə nəşr edilmiş kitablar kitabxanalara hədiyyə olunur.
Universitet kitabxanasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudovanın “Naxçıvan” Universiteti kitabxanasında oxuculara kitabxana xidmətinin təşkili mövzusunda çıxışı dinlənilib.
Konfransda Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə III kurs tələbəsi Məsi Nağdəliyevanın “Müasir gənclik və mütaliə mədəniyyəti” adlı çıxışı və informatika ixtisası üzrə III kurs tələbəsi Mütəllim Əkbərovun “Kitabxanaçı” şeirini bədii qiraət etməsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Nuray ƏSGƏROVA
 

yuxarı ⤴