1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Lənkəranlı bacı-qardaşın qələbə sevinci
24.12.2016/№50

 

 


Elnar Məmmədli Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin I “b” sinif şagirdidir. Qeyri-adi istedadı ilə fərqlənən Elnar çoxlu şeirlər, nağıllar söyləyir, ingilis dilində kitablar oxuyur və lüğət vasitəsilə tərcümələr edir. O, 3 və 4 rəqəmli ədədlər ilə toplama, çıxma və bölmə əməllərini asanlıqla yerinə yetirir, vurma cədvəlini əzbərdən söyləyir. Elnar Məmmədli və 4 yaşlı bacısı Nuray Məmmədli Lənkəran şəhər Şahmat Məktəbində şahmatla da məşğul olurlar. Onlar son illərdə rayon və respublika miqyasında keçirilən yarışlarda bir sıra uğurlar qazanıblar. 2015-ci ildə Lənkəran şəhərində keçirilən respublika çempionatının zona yarışlarında Elnar Məmmədli ən kiçik yaşlı iştirakçı kimi fərqlənmə diplomuna layiq görülüb. 4 yaşlı Nuray isə Balakəndə keçirilən respublika şahmat olimpiadasında uğurla çıxış edib. 2016-cı ilin oktyabrında isə Lənkəran şəhərində keçirilən “Təhsil” Respublika İdman Mərkəzinin zona yarışında Elnar 7 yaşa qədər oğlanlar arasında, Nuray isə 7 yaşa qədər qızlar arasında I yerə çıxıblar. Final mərhələ bu ilin 14-23 noyabr tarixlərində Quba şəhərində keçirilib. Həmin yarışda Elnar və Nuray özlərindən 3 yaş böyüklərlə oynamalarına baxmayaraq 7 oyunda 4 xal toplayaraq 4-6-cı yerləri bölüşdürüblər. Şahmat üzrə mütəxəssislər əminliklə ifadə edirlər ki, 6 yaşlı Elnar və 4 yaşlı Nuray ölkəmizi şahmat üzrə dünya arenasında keçiriləcək yarışlarda layiqincə təmsil edəcəklər.

Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴