1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Voleybol üzrə şəhər birinciliyi keçirilib
24.12.2016/№50

 

 


Bu günlərdə Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ali və orta ixtisas təhsili müəssisələrinin qız komandaları arasında voleybol üzrə şəhər birinciliyi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov birinciliyin açılışında həmrəylik günü haqqında geniş məlumat verərək komandalara uğurlar arzulayıb. Sonra Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Namiq Novruzov və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Məhəmmədəli Rəhimov çıxış edərək tədbirin keçirilmə məqsədi və qaydaları haqqında idmançılara geniş məlumat verib və onlara uğurlar arzulayıblar.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən yarış olimpiya sistemi üzrə Beynəlxalq Voleybol Federasiyasının mövcud qaydalarına əsasən baş tutub. Yarışda 4 komanda iştirak edib. Yekun nəticəyə əsasən, Naxçıvan Tibb Kollecinin komandası bütün rəqiblərinə qalib gələrək I, Naxçıvan Dövlət Universitetinin komandası II, Naxçıvan Dövlət Texniki və Naxçıvan Musiqi kolleclərinin komandaları isə III yerə layiq görülüblər. Sonda qalib komandalara və onların üzvlərinə təşkilatçıların diplom və fəxri fərmanları verilib.

 

yuxarı ⤴