1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Gənc idmançıların daha bir uğuru
24.12.2016/№50

 

 


Bakı şəhəri Yavər Əliyev adına 235 nömrəli məktəbin gənc idmançıları 16-20 dekabr 2016-cı il tarixlərdə Moskva şəhərində keçirilmiş karate kosiki do yarışlarında respublikamızın idman şərəfini layiqincə qoruyublar. Belə ki, yığma komandanın üzvləri - 8-ci sinif şagirdi Fikrət Əhmədağayev 41 kq çəki dərəcəsində II yerə çıxaraq II dərəcəli diplom və kubokla, 9-cu sinif şagirdi Həbibulla Həbibullayev 48 kq çəkidə uğur qazanaq I, 10-cu sinif şagirdi Aleksandr Cumartov 55 kq çəki dərəcəsində I yerə layiq görülüb, kubok, qızıl medal və I dərəcəli diplomla təltif ediliblər. Qələbə münasibəti ilə məktəbin gənc idmançılarını təbrik edir, onlara gələcək yarışlarda müvəffəqiyyətlər və respublikamızın idman şərəfini daim yüksəltmələrini arzulayırıq.


 

yuxarı ⤴