1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
Culfa şəhər 3 nömrəli tam orta məktəbin komandası qalib olub
24.12.2016/№50

 

 


Culfa şəhər 3 nömrəli tam orta məktəbin idman zalında rayon gənclər və idman idarəsi, təhsil şöbəsi və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının Culfa rayon bölməsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin qız şagirdləri arasında voleybol üzrə birincilik keçirilib.
Birincilikdə 12 komanda mübarizə aparıb. Yarış əsasnaməyə uyğun olaraq olimpiya sistemi ilə keçirilib. Rayon gənclər və idman idarəsinin rəisi Ümüd Həsənli, təhsil şöbəsinin müdiri Adəm Qasımov çıxış edərək keçirilən tədbirin mahiyyəti barədə tədbir iştirakçılarına məlumat veriblər. Birincilikdə Culfa şəhər 3 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. Camaldın və Əbrəqunus kənd tam orta məktəblərinin komandaları isə ikinci və üçüncü olublar. Qalib komandalara və fərqlənən idmançılara təşkilatçılar tərəfindən kubok, diplom və hədiyyələr təqdim edilib.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”

 

yuxarı ⤴