1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 29.04.2017


 

 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
31.12.2016/№51

 

 


“Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini əsas tutaraq


ƏMR EDİRƏM:


1. “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin (əlavə olunur).
2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) Hüquq şöbəsi (S.Kazımov) ilə birlikdə:
2.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 mart 1994-cü il tarixli 187 nömrəli əmri ilə təsdiq edilmiş “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında Təlimat”ın və Təhsil Nazirliyi Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarına uyğunlaşdırılmasını təmin etsin.
2.2. Ümumi orta və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi qaydasının layihəsini hazırlayıb rəhbərliyə təqdim etsin.
2.3. Təhsil haqqında dövlət sənədlərinin yeni nümunələrinin doldurulması ilə bağlı yerli təhsili idarəetmə orqanlarına müvafiq məzmunlu təlimati məktub hazırlasın.
3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın məzmun və mahiyyətinin ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə çatdırılmasını və valideynlərin bu barədə məlumatlandırılması üçün müvafiq maarifləndirmə işləri aparılmasını təmin etsinlər.
4. Statistika və proqnozlaşdıma şöbəsi (R.Nəcəfli) 2016-2017-ci dərs ilinin sonuna yeni ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında attestatlara ehtiyacı müəyyənləşdirmək üçün zəruri məlumatları bir ay müddətində hazırlayıb rəhbərliyə təqdim etsin.
5. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov), Daxili nəzarət şöbəsi (K.Quliyev) və Maliyyə şöbəsi (R.Orucov) əmrin 4-cü bəndinin icrası üzrə təqdim olunacaq məlumatlar əsasında yeni ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestatların sifarişi və çapı ilə əlaqədar zəruri tədbirləri həyata keçirsinlər.
6. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet saytında yerləşdirilməsini və çoxaldılaraq yerlərə çatdırılmasını təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.


Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
26 dekabr 2016-cı il

yuxarı ⤴