UNEC-də “I Universitetlərarası ana dili” müsabiqəsi keçirilib
31.12.2016/№51
|
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “I
Universitetlərarası ana dili” müsabiqəsi keçirilib. Dünya
Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən müsabiqə “İqtisadçı
Tələbələrə Dəstək” İctimai Birliyi və “UNEC Yaradıcılıq Mərkəzi”nin birgə
təşkilatçılığı ilə həyata keçirilib. Tədbirin məqsədi milli sərvətimiz olan
ana dilinin təbliğinə, onun gənclərə sevdirilməsinə və gələcək nəsillərə
çatdırılmasına xidmət etməkdir.
Münsiflər heyətinin üzvləri UNEC-də reallaşdırılan layihənin tələbələrin
yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb
etdiyini xüsusi vurğulayıblar.
Sonra 17 universitetin tələbələri şeir və mahnı kateqoriyaları üzrə
bacarıqlarını sınayıblar. Şeir müsabiqəsində Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin tələbəsi Ümman Budaqov I yerin qalibi olub. II
yerə UNEC-in tələbəsi İqbal Bayramov, III yerə isə Sumqayıt Dövlət
Universitetinin tələbəsi Əliyar Rəfiyev layiq görülüb.
Ən yaxşı mahnı ifaçısı isə UNEC-in tələbəsi, gənc vokalçı Aslan Əzimzadə
seçilib. II yerə ADMİU-nun tələbələri Azər Səlimov, Ağayar Xanlarov,
Cahandar Xanlarov, III yerə isə Odlar Yurdu Universitetinin tələbəsi Ənvər
Məmmədhəsənov layiq görülüblər.
Qaliblər mükafatlandırılıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi |