1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

ADNSU-nun rektoru Sakarya Universitetinin nümayəndəsi ilə görüşüb
31.12.2016/№51

 

 


Dekabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyənin Sakarya Universitetinin nümayəndəsi professor, doktor Əhməd Tutar ilə görüşüb.
Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı ADNSU-da Sakarya Universiteti ilə əlaqələrə çox önəm verildiyini vurğulayıb. ADNSU-nun uzun illər sovet universitetləri arasında ilk onluqda yer aldığını bildirən rektor bu ali məktəbdən çıxan tanınmış məzunlar haqqında professor Ə.Tutara məlumat verib. ADNSU-da elmi məsələlərə xüsusi diqqət yetirildiyini qeyd edən rektor M.Babanlı 2016-cı ildə “Thomson Reuters”-də ADNSU-nun professor-müəllim heyətinin 46 məqaləsinin dərc olunduğunu qonağın diqqətinə çatdırıb.
Səmimi qəbula görə professor Mustafa Babanlıya təşəkkürünü bildirən Əhməd Tutar ADNSU ilə əlaqələrin onlar üçün çox vacib olduğunu söyləyib.
Görüşdə 2017-ci ildə Beynəlxalq Türk Dünyası Kimya Elmləri və Texnologiyaları Konfransına ADNSU-nun ev sahibliyi etməsi məsələsi müzakirə olunub.

Mətbuat xidməti

yuxarı ⤴