1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Aqrar Universitetində müqavilə imzalanıb
31.12.2016/№51

 

 


Azərbaycan Dövlət Aqrar Universitetində müştərək elmi tədqiqat işlərinin aparılmasına dair daha bir layihə əsasında yeni müqavilə imzalanıb.
Yeni imzalanan müqavilədə məqsəd Azərbaycanda quşçuluq sahəsində damazlıq işlərini və quşçuluğun inkişafını sürətləndirmək, müştərək elmi tədqiqat işlərinin aparılmasını təşkil etmək, əldə olunan nəticələri Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan fermer və sahibkarlara tövsiyə xarakterli təlimatlarla çatdırmaqdır. Müsüslü Damazlıq Quşçuluq təsərrüfatının rəhbəri Qiyas Hacıyevlə müqavilə bağlanmazdan əvvəl ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov təhsil müəssisəsi barədə ətraflı məlumat verib. Bildirilib ki, bu müqavilədə əsas hədəfimiz quşçuluqda elmi baza yaratmaq, tələbələrin istehsalat təcrübəsini təmin etmək və bazar rəqabətli kadrlar hazırlamaqdır. Yaxın vaxtlarda daha bir neçə müqavilə isə universitetin müvafiq fakültələri ilə şoran torpaqların təmizlənməsi və əkinə tam yararlı hala gətirilməsi ilə əlaqədar olacaq.
Aparılacaq elmi tədqiqat işinin şərtlərinə uyğun müəssisə tərəfindən ADAU-nun quşçuluq tədris mərkəzinə pulsuz olaraq 2000 cücə, dərman və peyvənd vasitələri, həmçinin 8 ton quş yemi veriləcək. Aqrar Universiteti isə saxlanılan cücələrin və istifadə edilən yemlərin bütün texniki parametrlərini elmi əsaslarla işləyib müvafiq tövsiyə xarakterli təlimatların yayılmasını, həmçinin bu sınağın elmi jurnallarda, konfranslarda və kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin edəcəkdir.

Mətbuat xidməti
 

yuxarı ⤴