1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

ATU “ABAD”ın layihələrinə dəstək verəcək
31.12.2016/№51

 

 


Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxs arasında əməkdaşlıq memorandumu imzalanıb. Dövlət Agentliyinin inzibati binasında keçirilən tədbirdə əməkdaşlıq memorandumu ATU-nun rektoru, professor Akif Süleymanov və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev tərəfindən imzalanıb. Memoranduma əsasən ATU “ABAD”ın regionlarda həyata keçirdiyi layihələrə təsərrüfatların təhlilini aparmaqla, eləcə də texnoloq və ekspert təminatı ilə dəstək verəcək. İki qurum eyni zamanda ATU tələbələrinin “ABAD” layihələrində təcrübə keçməsi və digər istiqamətlərdə də əməkdaşlıq edəcəklər.
Nəzərə çatdıraq ki, tərəflər arasında ATU-da görüş keçirilib. “ABAD”ın rəhbər heyətini qəbul edən ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, ali təhsil ocağı son illərdə sənaye müəssisələri, istehsalat sahələri ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Universitetin alimləri, mütəxəssisləri bir çox istehsalat müəssisəsinin işinin təkmilləşdirilməsində öz nəzəri və praktik bilikləri ilə iştirak edir. “ABAD”ın həyata keçirməyi planlaşdırdığı layihələrin xüsusiyyətləri də deməyə imkan verir ki, bu işdə ATU-nun mütəxəssislərinin iştirakı prosesin daha sürətli və səmərəli reallaşdırılmasına zəmin yarada bilər.
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev isə qeyd edib ki, yeni yaradılan qurumun qarşısında duran əsas vəzifə ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq istiqamətində sistemli tədbirlərin görülməsidir.

Mətbuat xidməti

yuxarı ⤴