1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Azərbaycan Dillər Universitetində tələbələrlə görüş keçirilib
31.12.2016/№51

 

 


Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev və universitet rəhbərliyinə daxil olan şəxslər pedaqoji (ingilis dili-alman dili), pedaqoji (ingilis dili-fransız dili), tərcümə, filologiya və jurnalistika, regionşünaslıq və beynəlxalq münasibətlər fakültələrinin tələbələri ilə görüşlər keçirib. 21-28 dekabr 2016-cı il tarixlərində keçirilən görüşlərdə 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının şəffaf və normativ sənədlərə uyğun keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Ə.Abdullayev imtahan sessiyası dövründə yarana biləcək hər hansı problemi dərhal araşdırmaq və müvafiq tədbirlər görmək məqsədi ilə universitetdə Operativ Qərargah yaradıldığını tələbələrin nəzərinə çatdırıb. O, tələbələri əmin edib ki, biliyin qiymətləndirilməsində obyektivlik və şəffaflıq tam təmin ediləcək, imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün ciddi tədbirlər görüləcək.
Görüş zamanı tədrisin keyfiyyətinin yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, asudə vaxtın səmərəli təşkili və s. məsələlərlə bağlı təkliflər dinlənilib.

İnformasiya Departamenti

yuxarı ⤴