1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Lənkəran Dövlət Universitetində respublika elmi konfransı
31.12.2016/№51

 

 


23-24 dekabr tarixlərində Lənkəran Dövlət Universitetində (LDU) “Ali təhsildə keyfiyyətin təminatı” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbirdə bir sıra ali məktəblərin nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları öncə Lənkəran şəhərinin Heydər Əliyev Xatirə parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül-çiçək dəstələri qoyublar.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçirilən elmi konfransı Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışıb. Sonra N. İbrahimov “Ali təhsildə keyfiyyətin təminatı” mövzusunda geniş məruzə edib.
Bakı Dövlət Universitetinin professoru Yusif Qasımov “Ali təhsildə keyfiyyətin təminatında elmi tədqiqatların rolu” mövzusunda məruzəsində ali təhsildə keyfiyyətin təminatı ilə əlaqədar dünya təhsilində həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən ətraflı bəhs edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Şaiq Əsgərov, professoru Zahid Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Qasım Məmmədov, Lənkəran Dövlət Universitetinin elmi işlər üzrə prorektor əvəzi Yədulla Ağazadə çıxış edərək təhsildə keyfiyyət təminatının elmi-metodik əsasları, yeni təhsil texnologiyalarının ali təhsildə tətbiqi, təhsilin keyfiyyətinin təmin olunmasında Avropa standartlarının, ikili təhsil proqramlarının rolu və əhəmiyyəti ilə bağlı geniş fikir mübadiləsi aparıblar.
Çıxış üçün söz alan Lənkəran Şəhər İcra Hakimiyyəti ərazi idarəetmə şöbəsinin müdiri Əlimərdan Əliyev konfrans iştirakçılarına şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşovun xoş arzularını çatdırıb, onlara təhsilin inkişafında yeni uğurlar arzulayıb.
8 bölmə üzrə davam edən ikigünlük konfransın yekununda bölmə sədrlərinin hesabatları dinlənilib, iştirakçılara sertifikatlar verilib, tezis və məruzələrin nəşri qərara alınıb.

Hacı Etibar ƏHƏDOV,
Mətbuat xidmətinin rəhbəri

yuxarı ⤴