1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 29.04.2017


 

 
ADPU ilə LDU arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
31.12.2016/№51

 

 


Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fəaliyyətinin əsas istiqamətlərindən biri respublikamızın və xarici ölkələrin ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılması və beynəlxalq əlaqələrin miqyasının genişləndirilməsidir. Bu baxımdan dekabrın 30-da ADPU-nun rektoru, professor Cəfər Cəfərovun və Lənkəran Dövlət Universitetinin (LDU) rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun iki universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalamaları bu vacib istiqamətdə atılan növbəti uğurlu addımlardan biri kimi qiymətləndirilir. Məlumat üçün bildirək ki, ADPU və LDU imzalanmış müqavilə əsasında və öz səlahiyyətləri çərçivəsində mövcud qanunvericiliyə uyğun olaraq qarşılıqlı əməkdaşlığı həyata keçirəcəklər. İmzalanmış müqavilədə ADPU-nun “Kimya və biologiya müəllimliyi” və “İbtidai sinif müəllimliyi” ixtisasları üzrə mütəxəssis hazırlığını həyata keçirmək üçün ADPU-da tərtib olunmuş tədris planlarını və müvafiq fənn proqramlarını LDU-ya verməsi, eyni zamanda ADPU-nun professor-müəllim heyətinin LDU-da həmin ixtisaslar üzrə keçirilən aralıq və yekun dövlət imtahanlarında iştirakına şərait yaratması və LDU-nun adıcəkilən ixtisaslar üzrə müvafiq məzunlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada ikili diplomların verilməsi istiqamətində işlər aparması nəzərdə tutulmuşdur. Müqavilədə LDU-nun da öz növbəsində bu ixtisaslar üzrə mütəxəssis hazırlığını ADPU-nun tədris planları və müvafiq fənn proqramları əsasında aparması, həmin ixtisaslar üzrə keçirilən aralıq və yekun attestasiyalarda ADPU-nun professor-muəllim heyətinin iştirakını təmin etməsi, LDU-da qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbələrin bir semestr ADPU-da təhsil almasına səy göstərməsi və həmin ixtisaslar üzrə LDU-nun müvafiq məzunlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada ikili diplomların verilməsi istiqamətində işlər aparması öz əksini tapmışdır.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov və LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında müqavilənin bağlanılmasından məmnun qaldıqlarını bildirərək, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inamlarını ifadə ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

yuxarı ⤴