1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

BANM-də Fərman Salmanovun 85 illik yubileyi keçirilib
31.12.2016/№51

 

 


Bakı Ali Neft Məktəbində (BANM) görkəmli azərbaycanlı neftçi-geoloq, Sosialist Əməyi Qəhrəmanı, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, ictimai xadim Fərman Qurban oğlu Salmanovun 85 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq ali məktəbdə tələbələrə elm və tədrislə yanaşı, neft-qaz, kimya sənayesi üzrə görkəmli alimlərin tanıdılmasının vacibliyini vurğuladı. Rektor bildirdi ki, bu konfransın keçirilməsində əsas məqsəd tələbələri görkəmli neftçı alimin həyat və yaradıcılığı ilə yaxından tanış etmək və Fərman Salmanovun xatirəsini yad etməkdir.
SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abasov konfransın əhəmiyyətindən söz açdılar. B.Hüseynov bildirdi ki, bütün həyatını neft-qaz yataqlarının işlənməsinə həsr etmiş F.Salmanovun adı dünya neft tarixinə Qərbi Sibirin zəngin neft sərvətlərini ilk kəşf edən alimlərdən biri kimi daxil olub.
Ə.Abasov qeyd etdi ki, Fərman Salmanovun rəhbərliyi altında Qərbi Sibirdə karbohidrogen ehtiyyatları ilə zəngin yüzdən artıq iri həcmli yataq kəşf edilib və istismara verilib. “Məhz həmin yataqların işlənməsi və istismarı hesabına keçmiş SSRİ dünyanın ən çox neft-qaz ixrac edən ölkələri sırasına çıxmışdır”, - deyə Ə.Abasov qeyd etdi.
BANM-in Ömürboyu təhsil fakültəsinin dekanı, professor Rəna Mustafayeva “Fərman Salmanovun həyat və fəaliyyəti hər bir azərbaycanlı gənc üçün nümunədir” adlı məruzə ilə çıxış etdi.
BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələri Elvin Həsənli və Rəşad Nəzərəliyev “Fərman Salmanov şəxsiyyəti gənclərin gözü ilə” mövzusunda fikirlərini bildirdilər.
SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Neft-qaz yataqlarının işlənməsi üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Əhməd Salmanov belə bir tədbiri təşkil etdiklərinə və əmisi Fərman Salmanovun xatirəsinin ali məktəbdə yüksək tutularaq gənc nəslə tanıdıldığına və unudulmadığına görə öz minnətdarlığını bildirdi.
Tədbirin sonunda Fərman Salmanovun həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi oldu.

Mətbuat xidməti

yuxarı ⤴