1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


“Tolerantlıq, multikulturalizm, həmrəylik” adlı tədbir
31.12.2016/№51

 

 


Dekabrın 26-da Bakı şəhər 283 nömrəli tam orta məktəbdə “Multikulturalizm ili” çərçivəsində “Tolerantlıq, multikulturalizm, həmrəylik” adlı tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nümayəndələri, millət vəkili, valideynlər və KİV əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tünzalə Zeynalova bildirib ki, Prezident İlham Əliyev 2016-cı ili Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikada gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir.
Şagirdlərin ifasında ayrı - ayrı xalqların adətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Qənirə Paşayeva, Binəqədi Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Elnur Məmmədov, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşı Tofiq Sadıqov tədbirin tərbiyəvi əhəmiyyətindən söz açıb, şagirdlərə və pedaqoji kollektivə xoş arzularını bildiriblər.

Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴