1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



“Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir”
31.12.2016/№51

 

 


Bakı şəhər Humanitar Fənlər Təmayüllü Məktəb-Liseydə “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Liseyin direktoru Nəzakət Əsgərova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edib.
Tədbirdə qeyd olunub ki, liseyin şagirdləri bu günlərdə Azərbaycan Beynəlxalq Multikulturalizm Mərkəzinə ekskursiya edib və şagirdlərin iştirakı ilə orada “dəyirmi masa” da keçirilib.
Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Təhsil Nazirliyinin böyük məsləhətçisi Hüseyn Mirzəyev və başqaları tədbirin təşkilindən razı qaldıqlarını bildiriblər. Onlar belə bir tədbirin digər təhsil ocaqlarında da keçirilməsinin vacibliyini vurğulayıblar.
Sonra İncəsənət Gimnaziyasının, 25 nömrəli musiqi məktəbinin və məktəb-liseyin şagirdlərinin birgə iştirakı ilə müxtəlif dillərdə şeir söylənilib, mahnı oxunub və ədəbi - bədii kompozisiya nümayiş etdirilib.

Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴