1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Azərbaycan Dövlət İqtisad Universitetinin badmintonçu tələbələri güclərini sınayıblar
31.12.2016/№51

 

 


Azərbaycan Dövlət İqtisad Universitetində baqminton yarışı keçirilib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən yarışın məqsədi badmintonun təbliği, UNEC-də bu idman növünə olan marağın artırılması, gəncləri sağlam həyat tərzinə sövq etməkdir.
Fakultələr arasında təşkil edilən yarışda 60 tələbə qüvvəsini sınayıb. Badmintonçu qızlar arasında I yerə əmtəəşünaslıq fakültəsinin tələbəsi Anna Jeleznyak layiq görülüb. II yerdə Rus İqtisadiyyat Məktəbinin tələbəsi Anelya Balabayeva, III yerdə iqtisadiyyat fakültəsinin tələbəsi Sara Nəzirli qərarlaşıb.
Badmintonçu oğlanlar arasında iqtisadiyyat fakültəsinin tələbəsi Qurban Qurbanov 1-ci olub. Rus İqtisadiyyat Məktəbinin tələbələri Məhərrəm Məhərrəmov II, Ömər Əzizli isə III yeri qazanıb.
Qarışıq qoşa yarışlarda ilk yerə Rus İqtisadiyyat Məktəbinin tələbəsi Ömər Əzizli və əmtəəşünaslıq fakültəsinin tələbəsi Anna Jeleznyak yüksəlib. II yeri iqtisadiyyat fakültəsinin tələbələri Qurban Qurbanovla Sara Nəzirli bölüşüb. III yerdə isə Rus İqtisadiyyat Məktəbinin tələbəsi Məhərrəm Məhərrəmov və iqtisadiyyat fakültəsinin tələbəsi Arzu Zeynallı qərarlaşıb.
Yarışlarda Rus İqtisadiyyat Məktəbinin tələbələri xüsusi fəallıqları ilə seçilərək I yerə layiq görülüblər. İqtisadiyyat fakültəsi II, əmtəəşünaslıq fakültəsi isə III yeri qazanıb.
Qaliblərə diplom və hədiyyə təqdim edilib.
Yarışın təşkilatçısı UNEC-in “İdmançı” idman klubu və Tələbə Gənclər Təşkilatıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi

yuxarı ⤴