1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Pedaqoji fakültənin I kurs tələbələri kurslararası birinciliyin qalibi oldular
31.12.2016/№51

 

 


Mingəçevir Dövlət Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş idmanın voleybol növü üzrə kurslar arasında oğlanlardan ibarət universitet birinciliyi keçirilib. Yarış 10-26 dekabr 2016-cı il tarixlərində universitetin İdman-Sağlamlıq Kompleksində baş tutub. Birincilikdə 6 komanda olimpiya sistemi ilə mübarizə aparıb. İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 5 komanda, pedaqoji fakültədən 1 komanda yarışa qatılıb.
Final oyununda I və II setdə tərəflər arasında bərabərlik oyunu nümayiş olunsa da növbəti setlərdə pedaqoji fakültənin I kurs tələbələri daha yaxşı təsir bağışlayıblar. Beləliklə, gərgin keçən mübarizə şəraitində pedaqoji faklütənin tələbələri daha yaxşı oynayaraq iqtisadiyyat və idarəetmə fakültəsinin IV kursları üzərində 3:1 hesabı ilə inamlı qələbə qazanıblar. Ən yaxşı oyunçu adına pedaqoji fakültənin tələbəsi Ələmdar Yolçuyev layiq görülüb. Qalib komandaya medallar və kubok təqdim olunub.
Qeyd edək ki, birinciliyi təşkil edən, keçirən və hakimlik missiyasını üzərinə götürən universitetin İdman-Sağlamlıq Kompleksinin direktoru Fərman Məmmədov olub.

Mətbuat xidməti

yuxarı ⤴