Tədbirdə 250 nəfər iştirak edib


Mayın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) orta məktəblərin yuxarı sinif şagirdləri, (10-11-ci sinif) onların valideyinləri və UFAZ-da təhsillə maraqlananlar üçün “açıq qapı” günü keçirilib.

 

Tədbirdə UFAZ-ın direktoru Vazeh Əsgərov və baş katibi Şarlotta Payen universitet haqqında təqdimatla çıxış ediblər. Sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı UFAZ-a qəbul prosesi və tədris proqramları haqqında  ətraflı məlumat verib.

 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırlıb. Tez-tez soruşulan suallar əsasən UFAZ-ın rəsmi saytında test-nümunələri ilə bağlı olub. Suallara ətraflı cavab verən ADNSU-nın rektoru M.Babanlı qeyd edib ki, ADNSU-da təhsil alan hər bir tələbənin də UFAZ-a transfer olmağa və ya əksinə UFAZ-dan ADNSU-ya keçmək şansları var. Bundan ötrü isə seçilmiş ADNSU tələbələrinin mütləq şəkildə xüsusi uyğunlaşdırılmış imtahan vermələri və ingilis dilində müsahibədə iştirak etmələri tələb olunur.

 

Qeyd edək ki, açıq qapı günündə təqribən 250 nəfərdən çox adam  iştirak edib.