Qax rayonu İlisu kənd tam orta məktəbində Azərbaycan Respublikası Vergilər və Təhsil nazirliklərinin birgə  “Vergi dostları” layihəsi çərçivəsində “Vergiləri ödəməyə çalışaq, təminatlı gələcəyə yol açaq” adlı tədbir keçirilib. Tədbirdə İlisu kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, 13 saylı Ərazi Vergilər İdarəsinin, rayon təhsil şöbəsinin əməkdaşları, İlisu kəndinin icra nümayəndəsi, sahibkarlar və valideynlər iştirak ediblər.

 

Tədbirin keçirilməsində məqsəd insanların bu sahədə maarifləndirilməsi, uşaqların kiçik yaşlardan vergi haqqında anlayışlarının formalaşması və bu anlayışın hər evə, hər ailəyə daxil olmasıdır.

 

 İlisu kənd tam orta məktəbinin müəllimi Gülnarə Əfəndiyeva  qonaqları salamlayaraq, belə tədbirlərin keçirilməsinin əhəmiyyəti haqqında, kənddə vergi dostu olaraq apardığı işlər barədə bir növ hesabat xarakterli məlumat verib. Daha sonra qonaqlar çıxış edib, Vergilər Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər içərisində “Vergi dostları” layihəsinin xüsusi əhəmiyyəti, sahibkarlarla əlaqə, onlara kömək, işlərinin asanlaşdırılması və s. kimi məsələlər vurğulanıb.

 

Şagirdlər tərəfindən vergilər, onların vaxtında ödənilməsi, vergilərin tarixi haqqında maraqlı səhnəciklər nümayiş etdirilib. Sonda “Vergi dostları” layihəsi çərçivəsində hazırlanmış videoçarx nümayiş olunub.

 

Günay MAHMUDOVA,

Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi