Göygöl rayon Bəhrəmbağ kənd ümumi orta məktəbində “Hər birimiz bir ulduz” adlı tədbir keçirilib.

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən tədbirin keçirilməsində məqsəd xüsusi istedadlı şagirdlərin aşkar edilməsi və tanıdılmasıdır.

 

Məktəbin psixoloqunun iş planına əsasən təşkil edilən tədbirdə şagirdlərin bacarıqlarını göstərən videoçarx nümayiş etdirilib. Müxtəlif ədəbi-bədii kompozisiyalar göstərilib, mahnı və şeirlər səsləndirilib.

 

Raminə MƏMMƏDOVA,

Göygöl  Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi