Dünyanın ən böyük şagird elmi müsabiqəsi hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisini adətən “Kiçik Nobel mükafatı” müsabiqəsi də adlandırırlar. Təsadüfi deyil ki, 20-dən çox Nobel mükafatı laureatı hələ məktəb illərində bu müsabiqədə iştirak edib və qalib olublar.