Paytaxtda ümumi təhsil müəssisələrinin şagirdləri arasında basketbol idman növü üzrə turnir keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 2003-2005-ci il təvəllüdlü qızlar və oğlanlardan ibarət komandalar 3 mərhələ üzrə ayrı-ayrılıqda mübarizə aparıblar.

 

Yarışın nəticələrinə əsasən, oğlanlar arasında 269 nömrəli tam orta məktəbin komandası I, Bakı Avropa Liseyinin komandası II, 45 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

 

Qızlar arasında isə Bakı Türk Anadolu Liseyinin komandası I, 158 nömrəli tam orta məktəbin komandası II, 145 nömrəli tam orta məktəbin komandası isə III yeri tutub.

 

Qalib komandalar müvafiq dərəcəli diplom və medallarla təltif olunub.