“Təməl” verilişinin bu dəfəki buraxılışında Niderlandlı professorlar Rob Vanlambalgen və Liesbeth Rijsdijki ilə sahibkarlıq universitetləri mövzusunda müzakirə aparılıb. Proqram boyu qonaqlar sahibkarlıq universitetlərinin formalaşmasında vacib olan əsas amillərdən, sosial innovasiya və 21-ci əsrin kreativ düşüncələrdən danışıblar.

 
Məlumat üçün bildirək ki, professor Rob Vanlambalgen və professor Liesbeth Rijsdijki Bakı Mühəndislik Universitetinə sahibkarlıq universitetinin yaradılması modeli üzrə ekspert missiyasına dəvət olunub. Ekspert missiyası Avropa Komissiyası tərəfindən maliyyələşdirilir və Azərbaycanda sahibkarlıq universiteti modelinin qurulmasında yardım göstərmək məqsədini daşıyır.
 
Qeyd edək ki, professor Rob Vanlambalgenuzun Vinşaym Tətbiqi Elmlər Universitetinin Biznes Məktəbinin direktoru, professor Liesbeth Rijsdijk isə Vinşaym Tətbiqi Elmlər Universitetinin Biznesin İdarəedilməsi proqramında xarici əlaqələr şöbəsinin direktorudur.