Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyası   “Nəğmə çələngi” adlı rəngarəng  konsert proqramı Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramına həsr olunub.

 

Proqrama musiqi ilə yanaşı, repertuardakı müxtəlif tamaşalardan səhnəciklər də nümayiş olunub. “Oyuq”çuların mövsümün sonunda keçirdikləri hesabat xarakterli bu proqramında balaca tamaşaçılar məşhur nağıl qəhrəmanlarının sərgüzəştlərini  maraqla izləyiblər.

                                      

Sifai SƏFƏROVA