1918-ci ilin 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan Azərbaycan Ordusunun  100 yaşı tamam olur.  Bu münasibətlə 6-11-ci sinif şagirdləri arasında   keçirilən “Bugünün məktəblisi, sabahın əsgəri”adlı  rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

Yarışma qalibləri Şamaxı  rəsədxanasına gecə ekskursiyası ediblər. Daha sonra məktəblilərin  N saylı hərbi hissədə əsgərlərlə görüşü  olub. Onlar vətənpərvərlik mövzusunda çəkdiyi  rəsmləri əsgərlərə hədiyyə ediblər. Hərbi qulluqçular da öz növbələrində gənc  rəssamlara maraqlı kitablar veriblər. Yarışmanın qalibi Tovuz rayon Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın VIII sinif şagirdi Əli Əmirov olub.

                                            

Sifai SƏFƏROVA