“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi bu ilin 15 aprelindən başlayaraq QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Cavid Nurməmmədov adına 108, Nəriman Nərimanov adına 128 və 255 nömrəli tam orta məktəblərdə “Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bacarıqlarının inkişaf etdirilməsi istiqamətində təlimlərin təşkili” layihəsini icra edir.

 

Layihənin məqsədi uşaq və yeniyetmələrin meyl, maraq və həvəslərinə uyğun olaraq hərəkət fəaliyyətinin aktivliyi, intellektual inkişafı qabiliyyət və bacarıqlarının artırılmasıdır.

 

Layihə məqsədinə çatmaq üçün adıçəkilən məktəblərin hər birində innovativ məzmunda müasir oyun və məşğuliyyət qurğularından istifadə edərək individual və mütəhərrik məşğələlər keçirilib. Həmin məşğələlərə 180 nəfərdən artıq uşaq və yeniyetmə qatılıb. Məşğələlər zamanı uşaqlar müxtəlif profilli (əqli və fiziki) yarışmalarda iştirak ediblər. İnteraktiv formada təşkil  olunan məşğələlər uşaqlarda böyük maraq  yaradıb. Layihənin məktəblərdə keçirilməsi pedoqoji heyət tərəfindən razılıqla qarşılanıb.