Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin AMEA-nın Dendrologiya İnstitutuna  ekskursiyası təşkil olunub.

 

AMEA-nın məlumatına görə,  ekskursiya zamanı şagirdlərə institutun tarixi, nadir ekzotik və endemik bitkiləri, bitki biomüxtəlifliyi və onların bioekoloji xüsusiyyətləri barədə  məlumat verilib.

 

Məktəblilər daha sonra müəssisənin ərazisində yerləşən Heydər Əliyev, Nikolay Vavilov və Sergey Yesenin muzeyləri ilə tanış olublar.