İyulun 8-də “YARAT” Müasir İncəsənət Məkanı Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Balaca YARAT” layihəsinin ilk yarımillik yekun sərgisini təqdim edəcək. Layihə çərçivəsində uşaqlar tanınmış rəssamlar Aida Mahmudova və Mikelancelo Pislotelettonun fərdi sərgilərindən ilhamlanaraq müxtəlif sənət əsərləri yaradacaq.

 

Sərgi zamanı layihənin ustadları Nərminə Bağırova və Nigar Quliyeva uşaqların əsərlərinin mövzuları, seçilmiş materiallar və texnikalar haqqında məlumat verəcəklər. Eyni zamanda, bir ay müddətində Roman Qocayevin rəhbərlik etdiyi "Özünü Tap" layihəsinin yekun əsərləri də sərgidə yer alacaq. Uşaqlar isə sərgini gəzməklə yanaşı, müxtəlif interaktiv müsabiqələrdə iştirak edib hədiyyələr qazanacaqlar.