Türkiyənin İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbələr tərəfindən Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi yaradılıb

 

Qurumdan bildirildiyinə görə, Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi artıq rəsmi şəkildə qeydiyyatdan keçirilib.

 

Birliyin qurucusu və rəhbəri İstanbul Universitetinin magistri Rəşid Mustafazadədir. Onun sözlərinə görə, Cümhuriyyətin 100 illiyində İstanbul Universitetində ilk dəfə fəaliyyətə başlayan birliyin əsas məqsədi azərbaycanlı gənclərə dəstək vermək, yerli və xarici tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini düzgün şəkildə tanıtmaq, "Bir millət, iki dövlət" şüarını əsas tutaraq qardaş ölkə gəncləri ilə əməkdaşlığı təmin etməkdir.

 

Qeyd edək ki, İstanbul Universiteti Türkiyənin ən qədim universitetidir. Dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil edilən ilk Türkiyə universitetidir və eyni zamanda, Asiyanın ən yaxşı 100 universiteti sırasındadır.