Test tapşırıqlarının məzmunu ilə əlaqədar müraciətlərə baxılacaq


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 26-da II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

 

DİM-dən bildirilib ki, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

 

Abituriyentlər komissiyaya iyulun 27-si, 30-u və 31-i saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməklə şəxsən müraciət edə bilərlər.

 

Apellyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda qeydə alınmış digər hallarla bağlı müraciətlərə baxılmır.