2017-ci ilin oktyabrında Almaniyanın və Avropanın məşhur akkreditasiya təşkilatlarından biri olan FIBAA (Foundation for International Business Administration Accreditation) Azərbaycanda ilk dəfə  ixtisasların akkreditasiyasını keçirib. FIBAA-nın layihə meneceri Vera Kassler Bakıda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu prosedura şəxsən özü rəhbərlik edib.

 

FIBAA ümumilikdə beş ixtisası təhlil edib. Bu ixtisaslardan bəziləri digər universitetlərlə əməkdaşlıq əsasında hazırlanıb. ADNSU-da ezamiyyətdə olduqları müddətdə ekspertlər tələbələrin ingilis dili səviyyəsindən də olduqca razı qalıblar. Yaxşı ingilis dili biliyi gələcək məzunlar üçün mühüm əhəmiyyət kəsb edir. Ekspertlər əmin olublar ki, tələbələr Azərbaycanda və ya ölkə xaricində gələcək karyeralarını qurmaq üçün burada təhsilllərini uğurla başa vurmaq istəyirlər. Universitet ekspertlərini və FIBAA-nın layihə menecerini Azərbaycanın mədəniyyəti ilə də tanış edib və bu çox yaxşı təəssürat bağışlayıb.