19-29 iyul tarixlərində Çexiya və Slovakiya respublikalarında şagirdlər arasında keçirilən 50-ci Beynəlxalq Kimya Olimpiadasında (İCHO 2018) məktəblilərimiz növbəti uğura imza atıblar. Azərbaycanı olimpiadada 4 şagirdimiz təmsil edib.

 

Bakı şəhər akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ramil Babazadə olimpiadanın gümüş, Bakı şəhər 160 nömrəli klassik gimnaziyanın 11-ci sinif şagirdi Nəriman Mirişov  və Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü liseyin 11-ci sinif şagirdi Turan Məmmədli bürünc medallarını qazanıblar.

 

Kimya-biologiya təmayüllü Respublika liseyinin 10-cu sinif şagirdi Əli Əliyev olimpiadanın Həvəsləndirici sertifikatına layiq görülüb.