İyulun 30-da biologiya və fiziki tərbiyə üzrə keçirilmiş test imtahanlarında 2935 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq fizika üzrə 59 bal, texnologiya üzrə isə 56 bal qeydə alınıb.

 

İyulun 31-də keçiriləcək coğrafiya və fiziki tərbiyə üzrə test imtahanlarında 2046 namizədin iştirakı gözlənilir.

 

Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən imtahanlar bu gün başa çatacaq.

 

Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.