Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  rektoru, professor Mustafa Babanlı Rusiya Federasiyasının Kazan şəhərində “Times Higher Education” dünya universitetlərinin reytinqi jurnalının “Qabaqcıl elmi araşdırmalar”: Avrasiya 2018 sammitində iştirak edir.

 

29-31 avqust tarixlərində keçirilən konfransda aparıcı dünya universitetlərinin təcrübəsi ilə tanışlıqla yanaşı, onların reytinqində ADNSU-nun iştirakı barədə danışıqlar da aparılıb.