Avrasiya ali məktəblərinin reytinqi təqdim olunub


Böyük Britaniyanın təhsil xidmətləri sahəsində ixtisaslaşmış  “Times Higher Education”  (THE) nəşri  ilk  dəfə olaraq Avrasiya regionu ölkələrinin ən yaxşı  ali məktəblərinin reytinqini (Times Higher Education Eurasia Rankings 2018)  tərtib edib.  Reytinqin nəticələri avqustun 31-də Kazanda keçirilən Dünya təhsil sammitində açıqlanıb.  Reytinqin təqdimat mərasimində THE-nin  aparıcı mütəxəssisi  Berbel Ekelmann  qeyd edib ki, yeni sıralamanın tərtib olunması gedişində  regionun 16 ölkəsindən (Azərbaycan, Əfqanıstan, Belarus, Gürcüstan, İran, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Moldova, Rusiya, Tacikistan, Ukrayna, Özbəkistan, Ermənistan)  74 ali məktəbin fəaliyyəti təhlil olunub. Nəticədə reytinqə 6 ölkədən -  Rusiya, Türkiyə, İran, Ukrayna, Belarus və Gürcüstandan qlobal reytinqlərdə iştirak edən 74  universitet daxil olub. B. Ekelmann həmçinin ildən -ilə ali məktəblərin vəziyyətini  müqayisə etməyə imkan verən THE metodologiyasının sabitliyini qeyd edib. Və bildirib ki, son zamanlar Avrasiya innovasiyalar və tədqiqatlar üçün şəbəkə kimi açılır.  Reytinqin hazırlanmasına ehtiyac bununla əsaslandırılır ki, bu gün Avrasiya məkanının ali məktəbləri fəal inkişaf edir və dünyanın ən nüfuzlu universitetləri ilə rəqabət aparmağa başlayıb. Bundan başqa, regionun hüdudları daxilində demək olar ki, ali təhsil alan yarım milyard insan yaşayır. 

 

Reytinqə daha çox Rusiyadan (27),  Türkiyədən (22), İrandan (18) ali məktəblər daxil olub.  Onu da bildirək ki,  reytinqdə təmsil olunan Rusiya ali məktəblərindən 17-si  “5-100”  layihəsində iştirak edir.   Sıralamaya  Rusiyanın nüfuzlu ali məktəblərindən olan M.V.Lomonosov adına Moskva Dövlət Universiteti başçılıq edir. Avrasiyanın ən yaxşı ali məktəblərinin  ilk 10-luğunda Türkiyənin Koç, Sabançı, Bilkənt kimi universitetləri də yer alıb.  Sıralamada 10-cu yerdə qərarlaşmış  Kazan Federal Universiteti (KFU) son illərdə elmi məhsuldarlıq sahəsində ciddi inkişafa nail olub.  Ali məktəbin rektoru İlşat Qafurovun sözlərinə görə,  KFU  son 5 il ərzində  Scopus və   Web of Science kimi  beynəlxalq elmi bazalarında indeksləşən jurnallarda nəşrlərinin sayını 8 dəfə artırıb.  Yüksəkreytinqli  jurnallarda cari ilin birinci və ikinci rüblərində çap olunma səviyyəsi 60, prioritet istiqamətlər üzrə isə 70 faiz artım əldə olunub.  Bundan başqa, Scopus və   Web of Science məlumat bazasına bu dövrdə  KFU-nun 6 jurnalı  daxil olub.

 

THE-nin “Avrasiya”  reytinqinin tərtib edilmə metodikası  “THE World University Rankings” in ötənilki  dünyanın ən yaxşı ali məktəblərinin ümumdünya reytinqinin metodikasına əsaslanmışdır. Reytinq indikatorları kimi tədris (təlim  mühiti), tədqiqatlar (həcmi, gəlirlər və reputasiya), sitat gətirilmə (tədqiqatların təsiri), beynəlxalq qarşılıqlı əlaqə  (əməkdaşlar, tələbələr və tədqiqatlar), istehsal fəaliyyətindən gəlirlər (innovasiyalar) çıxış edir. Reytinqin nəticələri THE-nin son ümumi reytinqinin nəticələrinə əsaslandırılmışdır. Reytinqin tərtib edilməsi üçün məlumatlar üç mənbədən yığılır: statistik məlumatlar universitetlərdən, Scopus bibliometrik basasından və akademik ekspertlərin  sorğusundan.  Sorğu üçün respondentlər Scopus-da öz profilinə malik olan tədqiqatçıların arasından təsadüfi qaydada seçilir.

 

“Avrasiya regionu ölkələrinin aparıcı universitetlərinin yeni reytinqində biz beynəlxalq cəmiyyət tərəfindən tanınan effektivlik göstəricilərindən -  THE-nin (Times Higher Education World University Rankings) dünya universitetlərinin ümumi reytinqinin qızıl standartlarından,  həmçinin  bizim son dünya reytinqimizdə istifadə etdiyimiz kriteriyalardan istifadə etmişik” - deyə nəşrin direktoru Filipp Beyt  qeyd edib.   “Biz universitetlərə imkanları və təhdidləri  görməkdə  kömək etmək istəyirdik. Bütövlükdə bütün Avrasiya landşaftı daha əhəmiyyətli rol oynamağa başlayır. Bizə bu böyük ərazinin ürəyinə baxmaq əhəmiyyətli idi.  Bu reytinqlə biz həmçinin regionun beynəlxalq  və tədqiqat fəaliyyətində nə qədər əhəmiyyət daşıdığını göstərmək istəyirdik”, - deyə o  vurğulayıb. F.Beytin sözlərinə görə,   THE reytinqlərinin obyektiv və şəffaf olması üçün məlumatlar müxtəlif mənbələrdən toplanır.  Xüsusi halda THE-nin qlobal reytinqi üçün bütün dünyadan olan universitetlərin (1600 ali məktəb) verdikləri informasiya,  reputasiya (bunun üçün 10 mindən çox alimin rəyi soruşulur) və bibliometrik məlumatlar çox əhəmiyyətlidir. Daha ətraflı www.timeshighereducation.com/world-university-rankings/best-universities-eurasia səhifəsindən tanış olmaq olar.

 

 

Tutdu-ğu yer

 

Dünya reytinqi

 

Ali məktəbin adı

 

Ölkə

Müəl-lim heyəti

Tədqi-qatlar əmsalı

Sitat
gətiril-mə əmsalı

Sənaye əmsalı

Beynəlmiləl-ləşmə əmsalı

1.

194

Lomonosov Moscow State University

Rusiya

74.2

61.6

15.8

89.0

61.1

2.

251–300

Moscow Institute of Physics and Technology

Rusiya

47.7

41.4

50.0

99.9

51.7

3.

301–350

Tomsk Polytechnic University

Rusiya

29.0

17.7

81.5

69.7

50.9

4.

301–350

Babol Noshirvani University of Technology

İran

24.8

12.2

99.1

56.1

15.5

5.

301–350

Koç University

Türkiyə

25.7

32.1

65.2

84.3

53.8

6.

351–400

Sabancı University

Türkiyə

23.2

35.2

62.1

87.8

46.6

7.

351–400

Higher School of Economics

Rusiya

32.8

28.7

61.6

39.4

40.5

8.

401–500

National Research Nuclear University

Rusiya

32.6

25.5

53.1

99.7

49.5

9.

401–500

Bilkent University

Türkiyə

23.3

20.3

67.1

42.8

55.6

10.

401–500

Kazan Federal University

Rusiya

25.5

16.5

70.9

38.8

30.1

=11.

401–500

Novosibirsk State University

Rusiya

42.9

29.5

34.7

37.9

41.3

=11.

401–500

Saint Petersburg State University

Rusiya

47.3

29.8

31.5

33.1

37.4

13.

401–500

Boğaziçi University

Türkiyə

21.5

21.4

57.3

55.1

47.7

14.

501–600

Tomsk State

Rusiya

36.7

26.5

32.8

63.6

57.1

15.

501–600

ITMO University

Rusiya

26.5

17.8

44.3

67.7

50.3

16.

601–800

Sharif University of Technology

İran

25.5

26.5

36.7

96.4

19.6

17.

601–800

Amirkabir University of Technology

İran

27.4

27.2

35.3

74.4

16.8

18.

601–800

Isfahan University of Technology

İran

21.4

20.5

41.8

84.1

20.1

=19.

601–800

Atılım University

Türkiyə

16.1

7.5

60.0

33.3

34.6

=19.

601–800

Istanbul Technical University

Türkiyə

22.5

24.2

33.5

100.0

25.6

21.

601–800

Iran University of Science and Technology

İran

25.5

24.7

36.3

51.2

15.1

22.

601–800

Middle East Technical University

Türkiyə

28.6

20.6

31.9

61.2

29.4

23.

601–800

Hacettepe University

Türkiyə

28.2

10.7

42.9

33.8

23.6

24.

601–800

University of Tehran

İran

31.1

21.7

28.2

31.7

21.4

25.

601–800

Samara State Aerospace University

Rusiya

33.6

10.4

34.9

51.3

19.4

=26.

601–800

 Petersburg Polytechnic University

Rusiya

28.5

14.8

27.3

53.0

48.8

=26.

601–800

Tehran University of Medical Sciences

İran

44.2

14.0

21.4

35.6

17.7

28.

601–800

National University of Science and Technology

Rusiya

22.0

20.1

24.2

60.1

56.3

29.

601–800

University of Tabriz

İran

25.0

14.6

35.2

41.2

16.0

30.

601–800

Gebze Technical University

Türkiyə

19.8

10.4

34.7

33.4

26.6

31.

601–800

K.N.Toosi University of Technology

İran

19.4

18.5

27.0

47.4

16.7

32.

801–1000

İzmir Institute of Technology

Türkiyə

18.8

9.2

32.3

42.4

29.8

=33.

801–1000

Bauman Moscow State Technical University

Rusiya

39.8

16.3

4.6

52.5

20.0

=33.

801–1000

Istanbul University

Türkiyə

26.4

18.1

14.9

52.6

24.4

35.

801–1000

Shiraz University

İran

22.9

20.5

18.4

45.3

16.6

36.

801–1000

Shahid Beheshti University

İran

21.8

19.8

19.1

46.7

16.4

=37.

801–1000

Marmara University

Türkiyə

19.4

22.7

16.5

31.7

20.5

=37.

801–1000

University of Economics and Technology

Türkiyə

15.6

10.2

31.1

32.4

26.9

39.

801–1000

Ferdowsi University of Mashhad

İran

22.9

14.7

20.1

35.8

20.2

40.

801–1000

Novosibirsk State Technical University

Rusiya

22.5

10.6

20.6

35.8

30.4

=41.

801–1000

University of Isfahan

İran

24.8

20.2

9.1

41.4

16.1

=41.

801–1000

Yıldız Technical University

Türkiyə

18.7

7.7

26.6

42.6

20.5

43.

801–1000

Erciyes University

Türkiyə

17.0

11.0

21.8

71.2

20.8

44.

801–1000

Belarusian State University

Belarus

21.0

9.9

11.9

43.1

54.8

45.

801–1000

University of Guilan

İran

18.0

10.9

24.4

32.0

14.0

46.

801–1000

National Research Saratov State University

Rusiya

20.6

13.2

13.3

36.3

29.8

47.

801–1000

Akdeniz University

Türkiyə

16.2

15.6

12.3

99.7

18.4

48.

801–1000

Lobachevsky State University of Nizhni Novgorod

Rusiya

24.4

11.0

10.7

41.9

27.3

49.

801–1000

T.Shevchenko National University of Kyiv

Ukrayna

27.3

10.1

7.6

32.5

33.5

50.

801–1000

Southern Federal University

Rusiya

22.4

8.2

14.8

39.2

23.4

51–60.

1001+

Alzahra University

İran

18.0

9.2

14.3

33.3

13.8

51–60.

1001+

Anadolu University

Türkiyə

13.8

9.7

15.5

32.3

15.9

51–60.

1001+

Ankara University

Türkiyə

18.9

8.9

11.4

32.4

20.8

51–60.

1001+

Far Eastern Federal University

Rusiya

21.2

9.6

7.9

36.2

33.8

51–60.

1001+

Gazi University

Türkiyə

18.8

9.1

11.2

36.2

15.7

51–60.

1001+

National Research University of Electronic Technology

Rusiya

18.5

14.9

4.1

33.8

23.3

51–60.

1001+

RUDN University

Rusiya

21.2

9.5

5.6

35.3

45.1

51–60.

1001+

Ural Federal University

Rusiya

22.3

11.9

5.8

38.4

27.8

51–60.

1001+

 Kharkiv National University

Ukrayna

21.3

7.9

3.1

32.0

51.4

51–60.

1001+

University of Zanjan

İran

16.2

9.4

15.7

38.3

17.3

61–70.

1001+

Dokuz Eylül University

Türkiyə

16.1

7.6

14.5

32.8

16.9

61–70.

1001+

 Tbilisi State University

Gürcüstan

16.2

8.7

2.7

32.2

40.9

61–70.

1001+

Lviv Polytechnic National University

Ukrayna

18.2

7.6

3.7

31.8

25.0

61–70.

1001+

 Kyiv Polytechnic Institute

Ukrayna

22.0

8.2

1.9

32.6

18.2

61–70.

1001+

Perm State University

Rusiya

18.0

9.5

3.9

36.7

17.9

61–70.

1001+

Sechenov University

Rusiya

23.4

8.4

0.8

33.8

23.9

61–70.

1001+

Siberian Federal University

Rusiya

19.6

9.0

6.2

35.8

16.0

61–70

1001+

Voronezh State University

Rusiya

20.8

7.1

1.9

33.2

24.4

61–70.

1001+

Yazd University

İran

14.6

9.9

14.8

0.4

15.5

61–70.

1001+

Yeditepe University

Türkiyə

15.4

8.0

9.7

0.2

23.4

71+

1001+

University of Birjand

İran

15.5

7.6

8.7

32.0

14.6

71+

1001+

Ivan Franko National University of Lviv

Ukrayna

20.2

3.1

3.7

1.4

36.4

71+

1001+

Ondokuz Mayis University

Türkiyə

16.7

7.3

4.3

33.2

16.8

71+

1001+

Volgograd State Technical University

Rusiya

17.7

6.9

2.0

41.5

17.7

 

 

Oruc MUSTAFAYEV

 

 

 

 

Bölmənin digər xəbərləri