Bakı Kitab Mərkəzində görmə qabiliyyəti məhdud olan uşaqlarla görüş keçirilib. Uşaqlar mərkəzin müxtəlif guşələrinə baxış keçiriblər. Onlar mərkəzdə görmə əngəlli insanlar üçün nəzərdə tutulmuş xüsusi guşədə qurulan böyüdücü monitorlar vasitəsilə şeirlər oxuyublar, “Brayl” üsulu ilə yazılan kitabları seyr ediblər, maraqlı audio-kitabları dinləyiblər. Sonra onlara Bakı Kitab Mərkəzi və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası adından hədiyyələr verilib.

    

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin əsas məqsədi mütaliəyə marağın artırılmasıdır. Mərkəzdə müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab təqdim olunur.

                 

Sifai SƏFƏROVA