STEP Kompüter akademiyası. Artıq iki ildir Azərbaycanın təhsil məkanında bu brendin uğurları barədə çox danışılır. Dünya informasiya texnologiyaları sahəsindəki yenilikləri, innovativ tədris metodların mənimsədilməsini qarşısına məqsəd qoyan akademiya üç əsas ixtisas üzrə təhsil imkanı yaradır. Bunlar Kompüter qrafikası və dizayn, Proqramlaşdırma, Şəbəkələr və kiber təhlükəsizlik üzrə mütəxəssis ixtisaslarıdır. Akademiyada təhsil əsasən Azərbaycan və rus dillərində aparılır. Həmçinin İngilis dilində də qruplar təşkil olunur. Burada 9 yaşdan 55 yaşa qədər insanlar təhsil ala bilərlər.