36 nömrəli tam ort məktəbdə Təhsil Naziriliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində qalib olan “Şagirdlərin oxu bacarıqlarının inkişafı” layihəsinin təqdimatı keçirilib. Layihə ibtidai sinif şagirdlərində mütaliə vərdişlərinin formalaşdırılması, sinifdənxaric oxunun səmərəli təşkili, şagirdlərdə oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsi məqsədini daşıyır.