Bu gün İsveç Kral Elmlər  Akademiyası tərəfindən 2018-ci ilin kimya sahəsində Nobel mükafatı laureatlarının adları elan olunub. Yüksək elmi mükafata  ameikalı alimlər, Kaliforniya Texnologiya İnstitutunun professoru xanım Frensis Arnoldt,  Missuri Universitetindən Corc Smit,  Böyük Britaniyadan Kembric Universiteti molekulyar biologiya laboratoriyasından ser Qreqori Uinter "fermentlərin istiqamətlənmiş təkamülü" sahəsində tədqiqatlarına görə layiq görüldülər.  Bu tədqiqatlar yeni dərman vasitələrinin yaradılmasına imkan verəcək. 

 

Mükafatın (1 milyon dollar) 1/2-i F.Smitə çatacaq, qalan hissəsi digər laureatlar arasında bölüşdürüləcək. Mükafatlar dekabrın 10-da Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.

 

Oruc MUSTAFAYEV