Yeni “Square Off” startapı şahmat oyununu tamamilə yeni səviyyəyə çıxarmağa söz verir. Belə ki, yeni şahmat lövhəsində fiqurlar dünyanın o biri ucundakı oyunçunun əmrlərinə tabe olaraq, lövhə üzrə müstəqil hərəkət edirlər.

 

techcult.ru saytının məlumatına görə, şahmat lövhəsi fiqurların gizli yerdəyişməsi mexanizmi və onların koordinatlarına nəzarət sistemi ilə təchiz edilib. Lövhədən əldə olunan məlumatların emalı və İnternetə ötürülməsi üçün xüsusi proqram da hazırlanıb. Beynəlxalq şahmat həvəskarları klubunun “Chess.com” veb-saytı vasitəsilə on milyonlarla oyunçu, həmçinin böyük qrossmeysterlərlə şahmat oynamaq mümkündür. Hələ əsl rəqiblərlə oynamağa hazır olmayanlar isə süni intellektlə oyuna başlaya bilərlər.

 

“The Kingdom” dəstini 329, “The Grand Kingdom” dəstini isə 399 dollara əldə etmək mümkündür. İkinci dəst oyundan əvvəl fiqurların avtomatik düzülüşü kimi bir sıra faydalı funksiyalara malikdir.