Paytaxt məktəblisi idmanın kikboksinq növü üzrə Bakıda keçirilən beynəlxalq festivalda I yerə layiq görülüb.

 

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 81 nömrəli tam orta məktəbin I sinif şagirdi Cavid Muradov 20 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Yarışın nəticələrinə əsasən, C.Muradov qızıl medal və sertifikatla mükafatlandırılıb.

 

Qeyd edək ki, bu, məktəblinin ilk uğuru deyil. Ümumilikdə, 8 yarışda iştirak edən istedadlı idmançı qatıldığı bütün yarışlarda I yeri tutub.