Oktyabrın 16-da Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək” layihəsinin açılış konfransı keçirilib.
 
Tədbirin əsas məqsədi müvafiq dövlət qurumlarından və beynəlxalq təşkilatlardan olan təcrübəli mütəxəssisləri və digər maraqlı tərəfləri bir araya gətirmək, onları layihənin məzmunu və əsas gözləntiləri barədə məlumatlandırmaqdır.