Ölkəmizdə tələbə peyki layihələrinə marağın artırılması, Azərbaycanın beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və uğurlu nəticələrin əldə edilməsi, gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün təcrübi bacarıq və vərdişlərin əldə edilməsi məqsədi ilə “CanSat” müsabiqəsi keçirilib.

 

Qeyd edək ki, bu müsabiqə ilk dəfə 1999-cu ildə “ARLISS” adı altında Yaponiya və Amerikanın universitet tələbələrinin iştirakı ilə baş tutub. Həmin ildən başlayaraq dünyanın bir çox ölkələrində təşkil olunan  nüfuzlu “CanSat” müsabiqəsinə 2018-ci ildən  Azərbaycanda da start verilib. “CanSat Azərbaycan 2018”  müsabiqəsində ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar iştirak edib.  İlk mərhələdə Bakı Mühəndislik Universitetindən 6 komanda bu müsabiqəyə qatılıb, lakin final mərhələsinə  “Rodimus” və "BeuNg"  komandaları vəsiqə qazanıb.

 

Oktyabrın 16-da Milli Aviasiya Akademiyasında Təhsil Nazirliyi və Azərkosmos" ASC-nin birgə təşkilatçılığı ilə “CanSat Azərbaycan 2018” model peyk müsabiqəsində uğur qazanan komandaların təltifetmə mərasimi keçirilib.

 

Bakı Mühəndislik Universitetinin  “Rodimus” komandası müsabiqədə  3-cü yerə, "BeuNg"  komandası isə  "Ən innovativ yanaşma" edən komanda adına layiq görülüb.