Ali və orta məktəblərdə alman dilinin tədrisi vəziyyəti təhlil edilib


Azərbaycan Dillər Universitetində (ADU) alman dili müəllimlərinin görüşü keçirilib. Azərbaycanda Alman dili Müəllimlər Birliyinin yaradılması ilə əlaqədar baş tutan görüşdə, birliyin idarə heyətinin sədri, ADU-nun dosenti Lətifə Qurbanova birliyin İdarə heyətini – İdarə heyətinin sədr müavini-Azərbaycanda alman dili tədris mərkəzinin rəhbəri Zəhra Alıyeva, birliyin katibi-“Alman dilinin fonetikası və qrammatikası” kafedrasının müdiri, dosent Qahirə Axundova, birliyin üzvləri-Bakı Slavyan Universitetinin “Alman filologiyası” kafedrasının müdiri, dosent Sevinc Rzayeva, “YFU-Azərbaycan” şagird mübadiləsi proqramının rəhbəri Mina Rzayeva və Bakı Oksford məktəbinin alman dili müəllimi Tamilla Məmmədovanı görüş iştirakçılarına təqdim edib.

 

Görüşdə Göte İnstitutunun tədris məsələləri üzrə eksperti Ayke Pokrandt “Azərbaycanda Göte İnstitutunun fəaliyyətinə dair”, Zəhra Alıyeva Alman dili tədrisi Mərkəzinin fəaliyyətinə dair, Mina Rzayeva “YFU-Azərbaycan” şagird mübadiləsi proqramının fəaliyyətinə dair və Lətifə Qurbanova Azərbaycan Alman dili Müəllimləri Birliyinin fəaliyyətinə dair çıxışlar ediblər.

 

Çıxışlarda Azərbaycanda ali və opta məktəblərdə alman dilinin tədrisi vəziyyəti və müəllimlərin ümumi problemləri təhlil edilib, onların həlli və tədrisin vəziyyətinin yaxşılaşdırılması üçün ən vacib addımlar müəyyən olunub.